Məhəmməd Kekalov da qaçaqmalçılıq ittihamı ilə həbs edildi

Tarix: 23.11.2023 19:26

“Abzas Media” saytının direktor müavini Məhəmməd Kekalov həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən M.Kekalov haqda 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. İki gün əvvəl eyni ittihamla sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı da həbs edilib.

Xəbər Lenti