Qızılın qiyməti yenidən 5 min dolları ötüb

Tarix: 19 Feb 2026 09:53

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,1% artaraq 5 014,69 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 0,22% artaraq 77,77 ABŞ dolları olub.

Emil İsmayılov COMEX qızıl gümüş

Xəbər Lenti