Azərbaycanda qara kürü istehsalı 2 dəfədən çox artıb

Tarix: 19 Feb 2026 15:11

2025-ci ilAzərbaycanda 3192.81 kq nərə balığının kürüsü (qara kürü) istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu göstəricinin həcmi 2024-cü ilmüqayisədə 2.4 dəfə və ya 1848 kq çoxdur. Belə ki, 2024-cü il Azərbaycanda 1344.30 kq nərə balığının kürüsü istehsal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 1 milyon 18.2 min ABŞ dolları dəyərində 1 ton nərə balığının kürüsü ixrac edilib.

Xatırladaq ki, ötən il Azərbaycana Çindən 2 milyon 530 min ABŞ dolları dəyərində 8.4 ton qara kürü idxal edilib. Bu məhsulun 1 kq-nın orta idxal qiyməti isə 513 manat təşkil edib.

Şükran Məmmədov Qara kürü qara kürü istehsalı kürü ixracı kürü idxalı

Xəbər Lenti