Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 09:50
Bu gün Xəzər rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, fevralın 19-da Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək Şüvəlan qəsəbəsi Heydər Əliyev prospekti, Gülçülük Sovxozu yaşayış massivi və Şüvəlan-Qala yolu yaxınlığında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Emil İsmayılov elektrik enerjisi işıq