Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 16:23
“Yelo Bank”a iki yeni icraçı direktor təyin edilib.
“APA-Economics”in bankdan əldə etdiyi məlumata görə, bankda Mikrobiznes müştəriləri üzrə və Pərakəndə məhsulların satışı üzrə icraçı direktor vəzifələrinə yeni şəxslər təyin edilib.
Məlumata əsasən, Mikrobiznes müştəriləri üzrə icraçı direktor vəzifəsi Yaşar Soltanova həvalə olunub. Yaşar Soltanov 2020-ci ilin yanvarından 2026-cı ilin yanvar ayınadək “Yelo Bank”ın Mikrobiznes müştəriləri departamentinin direktoru vəzifəsində çalışıb.
Bundan başqa, Pərakəndə məhsulların satışı üzrə icraçı direktor vəzifəsinə Tərlan Rüstəmov təyin olunub. O, 2019-cu ildən “Yelo Bank”da fəaliyyət göstərir, 2020-ci ildən isə bankın Pərakəndə məhsulların satışı departamentinin direktoru olub.
Şükran Məmmədov Yelo Bank Təyinat