IMF: Azərbaycanda ortamüddətli iqtisadi artım 2,5% təşkil edəcək

Tarix: 19 Feb 2026 18:57

2026-cı ildə Azərbaycanda ÜDM artımı 2,1% gözlənilir.

“APA-Economics” xəbər verir ki, bunu IMF-in məsləhətçisi və Azərbaycana IV Maddə üzrə Missiya rəhbəri Anna Bordon deyib.

O bildirib ki, bu, neft və qaz istehsalındakı zəifliyin davam etməsi, qeyri-neft sektorunda isə müəyyən sürətlənmə fonunda baş verəcək, orta müddətdə artımın təxminən 2,5% səviyyəsində sabitləşəcəyi gözlənilir.

“İnflyasiyanın 2026-cı ilin sonuna 5,0%-ə, 2027-ci ilin sonuna isə 4,0%-ə düşəcəyi proqnozlaşdırılır. Xarici mövqe zəifləyəcək, çünki neft hasilatının azalması ticarət profisitlərini daraldacaq. Bununla belə, cari hesab balansının 2026–27-ci illərdə müsbət qalacağı gözlənilir. Risklər ümumilikdə balanslıdır, lakin xarici qeyri-müəyyənlik yüksəkdir”, - Anna Bordon əlavə edib.

Rahim Tarıverdiyev IMF ÜDM artım iqtisadiyyat maliyyə

Xəbər Lenti