SOCAR-ın Türkiyədəki NEZ-i Rusiya neftinin alışını azaltmağa başlayıb

Tarix: 20 Feb 2026 14:18

Türkiyədə yerləşən SOCAR-a məxsus “STAR” neft emalı zavodu (NEZ) ötən ildən Rusiya xam neftinin alınmasını azaltmağa başlayıb.

Bu barədə "APA-Economics" “Fitch Solutions”un məlumatına istinadən xəbər verir.

“2025-ci ilin sonlarında “STAR” zavodu Rusiya xam neftinin alınmasını azaltmağa başladığı bildirilir ki, bu da tədrici geosiyasi geri çəkilməni əks etdirir”, - məlumatda qeyd olunur.

Məlumata görə, SOCAR-a məxsus və Türkiyədə yerləşən “STAR” neft emalı zavodu xam neftin təxminən 98%-ni Rusiya istehsalından istifadə edir, bunun 73%-i ABŞ sanksiyaları altında olan “Lukoil” şirkəti tərəfindən birbaşa təmin olunur.

Qeyd olunur ki, zavod alternativ təchizat axtarmağa başlayıb və son zamanlarda Qazaxıstan, İraq və digər istehsalçılarından dörd partiya xam neft alıb. Bu, əvvəlki illərlə müqayisədə dəyişiklik deməkdir; həmin illərdə Rusiya xam nefti "STAR" zavodunun xammalının əsas hissəsini təşkil edirdi.

Emil İsmayılov SOCAR Türkityə STAR NEZ

Xəbər Lenti