Cümə, 20 Ferval, 2026
Tarix: 20 Feb 2026 16:40
2026-cı ilin yanvar ayında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 faiz artaraq 219,2 milyon manat təşkil edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,3 faizi hüquqi şəxslərin, 49,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 109,1 milyon manat olub.
İlahə Səlimova
APA-Economics ictimai iaşə dövriyyəsi