Cümə, 20 Ferval, 2026
Tarix: 20 Feb 2026 17:19
2026-cı ilin yanvar ayında Azərbaycanda magistral qaz kəmərləri ilə 3 979,4 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilin yanvar ayına nisbətən 11,7 faiz artım müşahidə olub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qazın nəqlinin 47,9 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 1905,1 milyon kub-metr qaz ötürülüb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-dekabr aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 14261,4 min ton, dəniz nəqliyyatı ilə 7229,7 min ton və avtomobil nəqliyyatı ilə 11046,1 min ton yük daşınıb.
Şükran Məmmədov Qaz nəqli