Azərbaycanda əmtəəlik qaz hasilatı 9%-ə yaxın artıb

Tarix: 20 Feb 2026 17:04

2026-cı ilin yanvar ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 2,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 2,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əmtəəlik neft hasilatı 2,2 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,4 milyard kub metr təşkil edib.

Əmtəəlik neft hasilatı əvvəlki illə müqayisədə 2,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,7 faiz artıb.”, - məlumatda qeyd olunur.

Məlumata görə, hesabat dövründə respublikada ümumi olaraq 2 252,4 min ton neft və 4 274,2 mln. kubmetr qaz hasil olunub, bu da illik müqayisədə müvafiq olaraq 2.4% az və 7.4% çoxdur.

Şükran Məmmədov əmtəəlik qaz hasilatı əmtəəlik neft hasilatı

Xəbər Lenti