Şənbə, 21 Ferval, 2026
Tarix: 21 Feb 2026 10:30
2026-cı ilin yanvar ayında Azərbaycanda 402 ədəd minik avtomobili, 56 ədəd isə yük avtomobili istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 71.1%, yük avtomobili istehsalı isə 7 dəfə artıb.
Qeyd edək ki, cari ilin fevral ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 244 ədəd minik, 19 ədəd isə yük avtomobili təşkil edib.
Hesabat dövründə ölkədə 30 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.8% azdır.
Xatırladaq ki, ötən il ölkədə 4038 ədəd minik avtomobili, 273 ədəd isə yük avtomobili istehsal edilib.
Şükran Məmmədov Avtomobil istehsalı minik avtomobili