Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 21 Feb 2026 09:58

Amerika fond bazarlarında Dow Jones indeksi 0.47% - 49,625.97 bəndədək, S&P 500 indeksi 0.69% – 6,909.51 bəndədək, Nasdaq indeksi isə 0.90% – 22,886.07 bəndədək artıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0.56% – 10,686.89 bəndədək, Almaniyanın DAX indeksi 0.87% – 25,260.69 bəndədək, Fransanın CAC-40 indeksi 1.39% - 8,515.49 bəndədək yüksəlib.

Dünya bazarlarında avronun ABŞ dollarına qarşı məzənnəsi 0.09% artaraq 1.1784 dollar təşkil edib.

Şükran Məmmədov Birja indeks Dow Jones indeksi

Xəbər Lenti