Çərşənbə, 4 Mart, 2026
Tarix: 22 Feb 2026 06:01
Türkiyənin Malatya vilayətinin Pütürgə rayonunun Karşıyaka ərazisində 4,5 bal gücündə zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.
Məlumata görə, zəlzələ fevralın 21-də yerli vaxtla saat 06:43-də baş verib. Yeraltı təkanların ocağı 5,6 kilometr dərinlikdə yerləşib.