Çərşənbə, 4 Mart, 2026
Tarix: 22 Feb 2026 17:29
Moskva yaxınlığında yeddi pilotsuz uçuş aparatı vurulub. Bütün hava limanları bağlanıb.
APA xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
O bildirib ki, dronların qalıqlarının düşdüyü ərazilərdə təcili xidmət orqanları fəaliyyət göstərir.
Pilotsuz uçuş aparatları təhlükəsi ilə əlaqədar Moskva üzərində hava məkanı bağlanıb. Paytaxtın bütün hava limanları təyyarələri qəbul etmir və yola salmır.
Moskva Sergey Sobyanin pilotsuz uçuş aparatı hava hücumu hava məkanının bağlanması hava limanları təhlükəsizlik Rusiya fövqəladə vəziyyət