Çərşənbə, 4 Mart, 2026
Tarix: 23 Feb 2026 02:14
Omanın xarici işlər naziri Bədr əl-Busaidi İran-ABŞ nüvə danışıqlarının növbəti mərhələsinin 26 fevral cümə axşamı günü Cenevrədə keçiriləcəyini təsdiqləyib.
APA xəbər verir ki, XİN rəhbəri bu barədə öz “X” hesabında məlumat verib.
"ABŞ-İran danışıqlarının bu cümə axşamı günü Cenevrədə keçirilməsinin planlaşdırıldığını və razılaşmanın yekunlaşdırılması istiqamətində növbəti addım atmaq üçün müsbət perspektivlərin olduğunu təsdiqləməkdən məmnunam", - o yazıb.