Nyu-York birjasında təbii qaz bahalaşıb

Tarix: 23 Feb 2026 09:28

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

"APA-Economics" xəbər verir ki, 2026-cı ilin aprel ayında çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 3,62% artaraq 3,092 ABŞ dolları təşkil edib.

Emil İsmayılov

Xəbər Lenti