Rusiyanın Ukraynaya hücumlarında azı 3 nəfər ölüb, yaralananlar var

Tarix: 23 Feb 2026 10:56

Rusiya ordusunun Ukraynaya gecə dron və raket hücumlarında azı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Odessa bölgəsinə dronların zərbəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Zaporojyedə isə sənaye müəssisələrinə dron hücumunda 33 yaşlı kişi ölüb, bir nəfər isə yaralanıb. Regional Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücumlar zamanı sənaye, enerji və mülki infrastruktura ziyan dəyib.

Rusiya Ukrayna dron və raket hücumları

Xəbər Lenti