Bazar ertəsi, 23 Ferval, 2026
Tarix: 23 Feb 2026 15:20
Bu ilin yanvar ayında Azərbaycanda 750,2 ton çay istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı ötən ilin müvafiq övrü ilə müqayisədə 3,3% artıb.
Hesabat dövründə ölkəyə 5 milyon 333 min ABŞ dolları dəyərində 766.6 ton çay idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 34,7 faiz, həcm ifadəsində isə 41% azalıb.
Qeyd edək ki, ötən ay Azərbaycandan xarici bazarlara 570 min ABŞ dolları dəyərində 61.2 ton çay ixrac edilib. Çay ixracı 2025-cü ilin yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 20.9%, həcm ifadəsində isə 18,6% artıb.
Onu da bildirək ki, dövr ərzində çayın 1 kiloqramının orta ixrac qiyməti 15.8 manat, orta idxal qiyməti isə 11.8 manat təşkil edib.
İlahə Səlimova
APA-Economics Çay istehsalı çay idxalı çay ixracı