Budanov: Rusiya ilə danışıqların yeni raundu fevralın 26-27-də keçirilə bilər

Tarix: 23 Feb 2026 17:03

Rusiya ilə danışıqların yeni raundu fevralın 26-27-də keçirilə bilər.

APA Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Zelenskinin Ofisinin rəhbəri Kiril Budanov bildirib.

O deyib ki, əsas mövzu ərazilər məsələsidir. Budanovun sözlərinə görə, Rusiya Donbasa nəzarət etməkdə israrlıdır.

“Bütün tərəflərin son qərarları verməli olduğu nöqtəyə gəlirik. Yavaş-yavaş hərəkət edirik, amma hərəkət edirik. Yalnız finalı görəcəksiniz”, - Budanov vurğulayıb.

Əsirlərin mübadiləsinin bu həftə baş tuta biləcəyini qeyd edən Budanov rusların danışıqlarda seçki məsələsini qaldırmadığını diqqətə çatdırıb.

O əlavə edib ki, Ukrayna tərəfi Zelenski ilə Putin arasında mümkün sammitin təşkili üçün əlindən gələni edir, lakin hələlik bunun icrası çətin olaraq qalır.

Budanov Cenevrə danışıqları Ukrayna Rusiya ABŞ

Xəbər Lenti