Bazar ertəsi, 23 Ferval, 2026
Tarix: 23 Feb 2026 16:49
Avropa İttifaqı Şurası 8 Rusiya vətəndaşına sanksiya tətbiq edib.
APA xəbər verir ki, bu barədə Aİ Şurasının saytında bildirilib.
Məlumata görə, sanksiyalar ciddi insan haqları pozulması, vətəndaş cəmiyyəti və demokratik müxalifətin repressiyası və Rusiyada qanunun aliliyinə ziyan vurulmasına əsaslanaraq tətbiq edilib.
Sanksiyaya məruz qalan şəxslərin Aİ ölkələrində aktivləri dondurulur. Eləcə də sözügedən şəxslərə hər hansı maliyyə vəsaitinin əlçatanlığı qadağan edilir. Bundan əlavə həmin 8 nəfərə səyahət qadağası qoyulur. Belə ki, onlar Aİ ölkələrinə səfər və ya bu ölkələrdən tranzit kimi istifadə edə bilməyəcək.
Qeyd edilib ki, sanksiyaya 2 hakim, bir müstəntiq, bir prokuror və 4 nəfər həbsxana rəisi məruz qalıb.
Toğrul Quluzadə Avropa İttifaqı Şurası Rusiya sanksiya