Bazar ertəsi, 23 Ferval, 2026
Tarix: 23 Feb 2026 19:30
Avropa Parlamentində ABŞ-la ticarət müqaviləsi üzrə səsvermə təxirə salınıb.
APA xəbər verir ki, bu barədə “Reuters” parlamentdəki iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, buna ABŞ Prezidenti Donald Trampın Ali Məhkəmədə əvvəlki qlobal tariflərin ləğvindən sonra yeni - 15% ümumi idxal rüsumunun tətbiq olunacağı barədə qərarı səbəb olub.
Bununla Aİ qanunvericiləri ikinci dəfə müqavilə üzrə səsverməni təxirə salıblar. Bundan əvvəl avroparlamentarilər Trampın Qrenlandiyanı almaq tələbi və Avropa müttəfiqlərinə əlavə tariflər tətbiq etmək hədələri ilə bağlı səsverməni dayandırıblar.
İlqar Xudiyev Avropa Parlamenti Tramp yeni tariflər ticarət müqaviləsi Aİ