Çərşənbə axşamı, 24 Ferval, 2026
Tarix: 23 Feb 2026 21:32
Perunun cənubunda Mi-17 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 15 nəfər həlak olub. APA xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan Çala-Vyexo yaşayış məntəqəsi ərazisində, Karaveli əyalətində, Arekipa rayonunda tapılıb.
Hadisə yerinə gələn xilasedicilər ekipajın 4 üzvünün və 11 sərnişinin həlak olduğunu təsdiqləyiblər. Ölənlərin arasında uşaqlar da var.
Qəzanın səbəbləri hələlik müəyyən edilməyib.