Seyran Ohanyanın həyat yoldaşının işi məhkəməyə göndərilib

Tarix: 24 Feb 2026 11:44

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzan Xaçatryan barəsində cinayət işi məhkəməyə göndərilib.

APA xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Telekanalın məlumatına görə, Xaçatryan bəyan edilməli olan əmlakı təqdim etməməkdə, sübutları saxtalaşdırmaqda və qadağan olunmuş əmlakı özgəninkiləşdirməkdə ittiham olunur.

Ruzan Xaçatryan cinayət işi məhkəmə Seyran Ohanyan Ermənistanın keçmiş müdafiə naziri

Xəbər Lenti