Nəsimi rayonunun bəzi ərazilərdə işıq olmayacaq

Tarix: 24 Feb 2026 12:25

Bu gün paytaxtın Nəsimi rayonunun bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq. "Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, fevralın 24-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 12:30-dan 14:30-dək Mirəli Qaşqay - Feyzulla Qasımov, Mirəli Qaşqay - Abbas Səhhət, Abbas Səhhət - Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən obyektlərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

Emil İsmayılov elektrik enerjisi işıq

Xəbər Lenti