Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 24 Feb 2026 11:52
Ermənistanın müdafiə naziri Suren Papikyan Tehrana səfəri çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə ilə görüşüb.
APA Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazirlər müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib.
Papikyan və Nəsirzadə qarşılıqlı fəaliyyətlərlə bağlı bəzi məsələləri müzakirə ediblər, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ermənistan-İran əməkdaşlığı Ermənistanın müdafiə naziri Suren Papikyan Tehran Əziz Nəsirzadə