Çərşənbə axşamı, 24 Ferval, 2026
Tarix: 24 Feb 2026 12:50
ABŞ Prezidenti Donald Tramp iyulun 4-dək Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək istəyir.
APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşr yazır ki, plan sövdələşməni ABŞ-ın müstəqilliyinin 250 illik yubileyinin genişmiqyaslı qeyd edilməsinə qədər başa çatdırmaqdır.
Lakin yüksək rütbəli Avropa rəsmilərinin fikrincə, Putinin əsas tələblərini yerinə yetirmədən razılaşmağa hazır olduğuna dair heç bir əlamət yoxdur.
ABŞ Prezidenti Donald Tramp Putin Rusiya-Ukrayna müharibəsi