Çərşənbə axşamı, 24 Ferval, 2026
Tarix: 24 Feb 2026 14:38
İran Çinlə CM-302 gəmi əleyhinə hiper sürətli raketlərin alışı ilə bağlı sazişi başa çatdırmağa yaxındır.
APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, bu raketlər təxminən 290 km məsafəni vura bilir, aşağı hündürlükdə və sürətlə uçurlar, beləliklə gəmi müdafiə sistemlərindən yayına bilirlər. Bu, İranın hərbi qabiliyyətini gücləndirərək, xüsusilə sahilinə yaxın fəaliyyət göstərən ABŞ döyüş gəmilərini hədəf alma imkanlarını artıracaq. Bildirilir ki, danışıqlar ən azı iki il əvvəl başlanıb, 12 günlük İsrail-İran müharibəsindən sonra sürətlənib. Bu İranın əldə edəcəyi ən müasir Çin silahlarından biri olacaq.
İlqar Xudiyev İran Çin raket ABŞ hiper sürətli