Çərşənbə axşamı, 24 Ferval, 2026
Tarix: 24 Feb 2026 16:06
Əgər ABŞ sülh istəyirsə, Rusiyaya təzyiq göstərməlidir.
APA xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Bloomberg TV-yə müsahibəsində bildirib.
Kallas deyib ki, ABŞ-ın Ukraynaya təzyiq strategiyası sülh danışıqları üçün uğursuz olub.
Aİ rəsmisi qeyd edib ki, elə buna görə də Prezident Donald Tramp Rusiyaya təzyiq etməlidir.
“Onların (ABŞ-ın) yanaşması Ukraynaya təzyiq göstərmək idi. Bu, bir il ərzində heç bir nəticə vermədi, bəlkə də ona görə diqqətimizi digər tərəfə yönəltməliyik”, - Kallas əlavə edib.
İlqar Xudiyev Kallas ABŞ Ukrayna Rusiyaya təzyiq