Çərşənbə axşamı, 24 Ferval, 2026
Tarix: 24 Feb 2026 21:07
Kanada hökuməti Ukraynaya 300 milyon Kanada dolları (təxminən 218,7 milyon dollar) məbləğində maliyyə yardımı və 400 zirehli texnika verəcək.
APA xəbər verir ki, bu barədə Kanadanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bu nəqliyyat vasitələrinə 383 ədəd “Senator” çoxməqsədli zirehli texnika və 66 ədəd LAV 6 zirehli texnika daxildir.