Çərşənbə, 25 Ferval, 2026
Tarix: 24 Feb 2026 22:19
İsrailin baş naziri Benyamin Netanyahu İsrailin İrana və “Müsəlman Qardaşları”na qarşı yeni regional ittifaq yaratmaq üzərində işlədiyini bildirib.
APA xəbər verir ki, Netanyahu bu barədə “Shin Bet” kimi də tanınan İsrail Təhlükəsizlik Agentliyinin konfransında çıxışı zamanı danışıb.
Hökumət başçısı yaradılan ittifaqın bir çox ölkəni əhatə etdiyini irəli sürüb.
"Bəziləri bu günlərdə bizi ziyarət edir, bəzilərini isə biz ziyarət edirik. Mən Yaxın Şərqi əhatə edən bütöv bir dairədən danışıram", - o vurğulayıb.
Bundan əlavə, Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzza planının irəliləyişinə toxunaraq, HAMAS-ın tərksilah edilməsinin vacibliyindən də danışıb.
"Bu, ya asan yolla, ya da çətin yolla baş verəcək. Amma baş verəcək", - o əlavə edib.