Əraqçi: İran ədalətli və bərabərhüquqlu sazişə nail olmaq üçün ABŞ-la danışıqları bərpa edəcək

Tarix: 24 Feb 2026 22:54

"İran Cenevrədə ABŞ-la danışıqları ən qısa zamanda ədalətli və bərabərhüquqlu sazişə nail olmaq üçün bərpa edəcək".

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi öz “X” hesabında yazıb.

O bildirib ki, Tehran heç bir halda nüvə silahı hazırlamayacaq, eyni zamanda, dinc nüvə texnologiyalarından istifadə etmək hüququndan da heç vaxt imtina etməyəcək.

“Qarşılıqlı maraqları nəzərə alan və ümumi hədəflərə çatmağı təmin edən misilsiz bir razılaşma əldə etmək üçün tarixi bir fürsətimiz var. Razılaşma əldə edilə bilər, ancaq diplomatiyaya üstünlük verildiyi təqdirdə”, - o bildirib

Xəbər Lenti