Çərşənbə, 25 Ferval, 2026
Tarix: 25 Feb 2026 00:24
ABŞ Maliyyə Nazirliyi üç Rusiya vətəndaşına, bir Özbəkistan vətəndaşına, həmçinin, Rusiya və BƏƏ-dən olan üç şirkətə qarşı sanksiyalar tətbiq olunduğunu açıqlayıb.
APA xəbər verir ki, nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) açıqlamasına görə, onlar kibertəhlükəsizlik təhdidləri səbəbindən sanksiyalar siyahısına əlavə ediliblər.
Məlumata görə, Rusiya vətəndaşları Oleq Kuçerov, Marina Vasanoviç və Sergey Zelenyuk ABŞ sanksiya siyahısına daxil ediliblər.
Sanksiyalar siyahısına daxil edilən hüquqi şəxslər arasında Rusiyanın "Matrix" şirkəti və Dubayda qeydiyyatdan keçmiş "Advance Security Solutions" və "Special Technology Services" şirkətləri var.