Çərşənbə, 25 Ferval, 2026
Tarix: 25 Feb 2026 01:37
Vilnüs və Kiyev Litvada Ukrayna üçün silah istehsalına dair müqavilə imzalayıb.
APA xəbər verir ki, bu barədə Litva prezidentinin mətbuat xidməti məlumat verib.
Müqaviləni Litva prezidenti Gitanas Nauseda və Ukrayna prezidenti Volodimir Zelenski imzalayıblar.
Nauseda bildirib ki, bu müqavilə təkcə sənaye və ya texnoloji layihə deyil, həm də iki ölkə arasında siyasi iradənin və strateji tərəfdaşlığın sübutudur.
Müqavilədə qeyd edilir ki, Litvada istehsal olunan müdafiə sistemlərinin əksəriyyəti əsasən Ukrayna üçün nəzərdə tutulub.
Vilnüs həmçinin Ukrayna müdafiə şirkətlərinin Litvaya köçməsi və birgə müəssisələr qurulması üçün şərait yaratmaq niyyətindədir.