Çərşənbə, 25 Ferval, 2026
Tarix: 25 Feb 2026 04:34
Türkiyənin Balıkeris şəhərində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə yerli vaxtlar gecə saat 00:56-da Balıkesirdən havaya qalxan F-16 təyyarələrindən biri radardan itib və ppilotla əlaqə saxlamaq mümkün olmayıb.
Dərhal başlanan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilərək qalıqları tapılıb.
Pilotun şəhid olduğu bildirilir. Qəzanın səbəbi qəza araşdırma qrupu tərəfindən aparılacaq araşdırmalar nəticəsində müəyyən ediləcək.
