Çərşənbə, 25 Ferval, 2026
Tarix: 25 Feb 2026 04:30
Vilnüs Kiyev RBS-70 daşına bilən hava hücumundan müdafiə sistemi üçün raketlə təmin edəcək.
APA xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi fevral ayının 24-də məlumat yayıb.
RBS-70 daşına bilən hava hücumundan müdafiə sistemi üçün otuz raket Ukraynaya bağışlanacaq.
"Ukrayna üçün bu, hava hücumundan müdafiəsini gücləndirən çox vacib bir silahdır", - Litvanın müdafiə naziri Robertas Kaunas bildirib.
Qeyd edək ki, Litva hökuməti 2025-ci ildə Ukraynaya hərbi yardım üçün 223 milyon avro ayırıb. 2024-cü ildə Litva hər il ümumi daxili məhsulunun 0,25%-ni və ya təxminən 190 milyon avronu müdafiə və təhlükəsizlik ehtiyacları üçün Kiyevə ayırmağı öhdəsinə götürüb. Vilnüs bu öhdəliyi 2025-ci ildə də təkrarlayıb.