Çərşənbə, 25 Ferval, 2026
Tarix: 25 Feb 2026 05:29
89 yaşlı Norveç kralı V Harald 24 fevralda İspaniyanın Tenerife adasında infeksiya və susuzlaşma səbəbilə xəstəxanaya yerləşdirilib.
APA xəbər verir ki, bu barədə Norveç kralının sarayından verilən açıqlamada deyilir.
"Əlahəzrət kral bu axşam Tenerifedəki Sur Universitet Xəstəxanasına yerləşdirilib. Kral infeksiya və susuzlaşma səbəbilə müalicə olunur və vəziyyətinin yaxşı olduğu bildirilir", - açıqlamada bildirilib.
Kral V Haraldın şəxsi həkimi artıq onun müalicəsinə kömək etmək üçün İspaniya adasına səfər edib.