Tramp İrandan danışıb: Onlar tezliklə ABŞ-a çatacaq raketlərin yaradılması üzərində çalışır

Tarix: 25 Feb 2026 07:42

“47 il əvvəl bu qürurlu millətin nəzarətini ələ keçirdikdən bəri, rejim və onun qatil əlaltıları terrorizm, ölüm və nifrətdən başqa bir şey yaymayıblar”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı deyib.

Tramp İran hökumətinin minlərlə ABŞ hərbçisini və milyonlarla insanı öldürdüyünü, habelə yüzlərlə şəxsi əlil qoyduğunu deyib.

“Onlar öz ölkələrində ən azı 32.000 etirazçını, 32.000 etirazçını öldürüblər. Onları güllələyib və asıblar. Onlar artıq Avropanı və xaricdəki bazalarımızı təhdid edə biləcək raketlər hazırlayıblar və tezliklə ABŞ-a çatacaq raketlər yaratmaq üzərində işləyirlər, - Tramp əlavə edib.

Xəbər Lenti