Çərşənbə, 25 Ferval, 2026
Tarix: 25 Feb 2026 07:13
ABŞ Senatı qurumun bağlanmasına son qoymaq üçün lazım olan Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinə prosedur səsverməsini rədd edib.
APA xəbər verir ki, yuxarı palatadakı səsvermə C-SPAN teleradio şirkəti tərəfindən yayımlanıb.
Qurumun maliyyə ilinin sonuna qədər (30 sentyabrda başa çatır) maliyyələşdirilməsini təmin edən qanun layihəsini 50 senator dəstəkləyib, 45-i isə əleyhinə səs verib.
Qanun layihəsinin prosedur səsverməsi zamanı qəbul olunması üçün ən azı 60 senatorun onu dəstəkləməsi lazım idi.
Buna görə də, nazirliyin bağlanması davam edir.