Ukrayna Rusiyada zavoda dron zərbəsi endirib, 4 nəfər ölüb

Tarix: 25 Feb 2026 10:36

Rusiyanın Smolensk vilayətində gübrə zavoduna dron hücumu nəticəsində ən azı 4 nəfər ölüb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, PUA hücumu səhər saat 6:00 radələrində zavodun yerləşdiyi Dorogobujski rayonunda baş verib.

Dörd nəfər həlak olub, onlardan üçü xilasedicidir. Daha dörd nəfər ağır xəsarətlərlə vilayət xəstəxanasına yerləşdirilib.

Yanğınsöndürənlər hadisə yerində yanğını söndürməyə davam edirlər.

Ümumilikdə, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin ötən gecə ölkədə 69 Ukrayna dronunun hücumunu dəf etdiyi bildirilib.

PUA-lardan 14-nün Smolensk vilayətində vurulduğu qeyd olunub.

Fərid Əkbərov Rusiya Smolensk vilayəti zavod dron hücumu PUA

Xəbər Lenti