Cənubi Koreya və ABŞ gələn ay birgə hərbi təlim keçirəcək

Tarix: 25 Feb 2026 11:28

Cənubi Koreya və ABŞ martın 9-dan 19-dək "Freedom Shield" adı altında birgə genişmiqyaslı hərbi təlimlər keçirəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin hərbi rəsmiləri bu gün brifinqdə məlumat verib.

Rəsmi açıqlamalara görə, illik təlimlər müdafiə xarakteri daşıyır. Lakin bu xüsusiyyətə baxmayaraq, təlimlər uzun illərdir ki, Şimali Koreya ilə gərginlik yaradır. Şimali Koreya təlimləri hərbi təcavüzün hazırlığı olaraq tənqid edərək, hər dəfə bu cür təlimlərin keçirilməsini ölkəyə qarşı bir təhdid kimi görür.

İlqar Xudiyev Cənubi Koreya-ABŞ hərbi təlimləri Şimali Koreya

Xəbər Lenti