Rəsmi Tehran ABŞ-ın İranın nüvə proqramı ilə bağlı iddialarına münasibət bildirib

Tarix: 25 Feb 2026 11:16

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi ABŞ rəsmilərinin İranın ballistik raket və nüvə proqramı ilə bağlı iddialarına münasibət bildirib.

APA xəbər verir ki, o, özünün “X” hesabında bu iddiaları əsassız adlandırıb.

Bəqayi qeyd edib ki, ABŞ rəsmilərinin “İranın nüvə və ballistik raket proqramı barədə iddia etdikləri, eləcə də yanvarda baş verən iğtişaşlarda ölü sayı ilə bağlı dedikləri sadəcə yalandır”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı İranın artıq Avropanı və xaricdəki ABŞ bazaları təhdid edə biləcək raketlər hazırladığını bəyan edib. O əlavə edib ki, İran tezliklə ABŞ-a çatacaq raketlər yaratmaq üzərində işləyir.

Toğrul Quluzadə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tramp İranın nüvə proqramı

Xəbər Lenti