Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 25 Feb 2026 15:13
Ukrayna vətəndaşlarının Gürcüstan ərazisində vizasız qalma müddəti bir ildən iki ilədək uzadılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Bu gündən etibarən qüvvəyə minən qərar 2025-ci ilin fevralın 24-nə qədər Gürcüstana gələn Ukrayna vətəndaşlarına şamil olunur.
Qeyd edək ki, 2023-cü ildə Ukrayna vətəndaşlarının Gürcüstanda vizasız qalma müddəti iki ilədək, 2024-cü ildə üç ilədək uzadılıb, lakin 2025-ci ildə bir ilədək azaldılıb.
Cəmilə Babayeva Ukrayna Gürcüstan viza Ukrayna vətəndaşları