Çərşənbə, 25 Ferval, 2026
Tarix: 25 Feb 2026 16:41
Ermənistan Polisinin Baş Cinayət Axtarış İdarəsinin sabiq birinci müavini Ovannes Tamamyan həbs edilib.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
O, 2008-ci il martın 1-də İrəvanda mitinq iştirakçısına qarşı zorakılıqda ittiham edilir.
Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvanda həmin ilin fevral ayında keçirilmiş prezident seçkilərinin nəticələrini tanımayan müxalifət tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Kütləvi etiraz aksiyalarının dağıdılması zamanı qarşıdurma olub, nəticədə 10 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
İlqar Xudiyev Ermənistan 1 mart işi