Peskov: Avropanın Ukraynaya nüvə silahı göndərmək planı “tamamilə dəlilikdir”

Tarix: 25 Feb 2026 20:17

Avropanın Ukraynaya nüvə silahı göndərmək planları tamamilə dəlilik və ağılsızlıqdır. APA-nın Moskva bürosunun məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, Böyük Britaniya və Fransanın bu cür planları təsdiqləməsi qəribə olardı, lakin Rusiyanın yaydığı məlumatlar əsassız deyil.

“Rusiya ümid edir ki, bu məlumatların dərc olunması belə planların həyata keçirilməsinin qarşısını alacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, fevralın 24-də Rusiya Xarici Kəşfiyyat Xidməti Böyük Britaniya və Fransanın Ukraynaya gizli şəkildə nüvə silahı verməyə hazırlaşdığı barədə məlumat yayıb.

Fərid Əkbərov

Xəbər Lenti