Siyarto: “Drujba” kəmərini bloklayanlar “Şimal axını”nı partladan şəxslərdi

Tarix: 25 Feb 2026 21:28

Ukrayna ərazisində “Drujba” neft kəməri ilə Rusiya neftinin Macarıstana nəqlini bloklayanlar 2022-ci ildə “Şimal axını” qaz kəmərlərində törədilən partlayışa görə məsuliyyət daşıyan şəxslərlə eynidir. APA "MTI" agentliyinə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib. Onun sözlərinə görə, “Şimal axını” kəmərlərində baş vermiş diversiyanın araşdırılmasının Avropa İttifaqı ölkələrində hələ də başa çatdırılmaması utancvericidir.

Siyarto qeyd edib ki, bəzi Avropa liderləri bu məsələyə göz yumur və hətta “cinayətkarları qəhrəman kimi təqdim edirlər”

O vurğulayıb ki, Macarıstana neft və təbii qaz tədarükünü təmin edən kəmərlərin mümkün hücum təhlükəsindən qorunması mühüm vəzifədir.

Siyartonun sözlərinə görə, hökumət ölkə ərazisində neft və qaz kəmərlərinə qarşı mümkün partlayış cəhdlərinin qarşısının alınması üçün zəruri tədbirlər görüb.

Xəbər Lenti