ABŞ Maliyyə Nazirliyi Venesuela neftinin Kubaya təkrar satışına icazə verə bilər

Tarix: 25 Feb 2026 22:07

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) müəyyən şərtlər daxilində Venesuela mənşəli neftin Kubaya təkrar satışına icazə veriləcəyini açıqlayıb.

APA-nın məlumatına görə, qurumun rəsmi saytında yayılan məlumatda bildirilir ki, Venesuela neftinin təkrar satışına icazə verilməsi ilə bağlı ayrı-ayrı müraciətlər üzrə əlverişli lisenziya siyasəti tətbiq edəcək.

Qeyd olunub ki, neftin satışı üçün təşkilatlar müvafiq lisenziya və icazə almalıdır.

Açıqlamada vurğulanır ki, bu siyasət adaya yanacağın kommersiya və humanitar məqsədlərlə tədarükünə yönəlib.

Xəbər Lenti