Cümə axşamı, 26 Ferval, 2026
Tarix: 25 Feb 2026 22:34
Böyük Britaniyanın Gürcüstandakı səfiri Harret Uord bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "Rustavi 2" telekanalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, səfirdən Böyük Britaniyanın "İmedi" və "Pos Tv" kanallarına qarşı sanksiyaların tətbiq etməsi ilə bağlı izahat istəniləcək.
"Biz Britaniya tərəfi ilə əlaqə saxlamışıq. Mən sabah səfirin Xarici İşlər Nazirliyinə gəlməsini gözləyəcəm. Biz Gürcüstanın televiziya kanallarına sanksiyaların tətbiqi barədə qərarın hansı əsasla qəbul edildiyinin izahını tələb edirik", - Boçorişvili əlavə edib.
Qeyd edək ki, Böyük Britaniya Gürcüstanın iki telekanalını Ukraynadakı münaqişə ilə bağlı qəsdən yanlış məlumat yaymaqda və "Rusiya dezinformasiyasının yayılmasında iştirak etməkdə" ittiham edib.
Cəmilə Babayeva