Tramp və Zelenski arasında telefon danışığı olub - YENİLƏNİB

Tarix: 26 Feb 2026 00:30

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

APA xəbər verir ki, Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin jurnalistlərə söhbətin təxminən 30 dəqiqə davam etdiyini deyib.

Ukrayna Prezidenti Zelenski isə sosial media hesablarında bildirib ki, o və Tramp fevralın 26-da Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşündə üzərində işləyəcəkləri məsələləri müzakirə ediblər.

Liderlər həmçinin, martın əvvəlində keçiriləcək növbəti üçtərəfli görüşü də müzakirə ediblər.

“Ümid edirik ki, bu, bizə liderlik səviyyəsində danışıqlara keçməyə imkan verəcək. Prezident Tramp bu addımlar ardıcıllığını dəstəkləyir. Bu, bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəyə son qoymağın yeganə yoludur”, - deyə Zelenski qeyd edib.

*** 22:27 ABŞ Prezidenti Donald Tramp hazırda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparır. APA xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid mənbələrə istinadən "X" hesabında yazıb. Təfərrüatlar açıqlanmayıb.

Xəbər Lenti