Cümə axşamı, 26 Ferval, 2026
Tarix: 26 Feb 2026 01:24
ABŞ Prezidenti Donald Trampın administrasiyası İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmanın müddətsiz qüvvədə qalmasını tələb edir. APA xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ evin xüsusi nümayəndəsi Stiv Uitkoff qapalı tədbirdə çıxışı zamanı bildirib ki, Tramp administrasiyası İrandan gələcək nüvə sazişinin qeyri-məhdud müddətə qüvvədə qalmasına razılıq verməsini istəyir.
Nəşr qeyd edir ki, Vaşinqton bu şərti mümkün yeni razılaşmanın əsas elementi kimi irəli sürür.