Cümə axşamı, 26 Ferval, 2026
Tarix: 26 Feb 2026 04:23
Amerika administrasiyasının əməkdaşlarının Kuba sahilləri yaxınlığında baş vermiş qayıq insidenti ilə heç bir əlaqəsi yoxdur. APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Burada çox şey baş vermiş ola bilər, amma bunun nə ola biləcəyi barədə fərziyyə yürütməyəcəyəm. Variantlar çoxdur. Açıq dənizdə belə atışmalar son dərəcə qeyri-adi haldır. Bu, hər gün baş verən hadisə deyil”, – deyə Rubio bildirib.
O əlavə edib ki, Kuba ilə bağlı bu cür hadisə çox uzun müddətdir baş verməyib və ABŞ bütün halları araşdıracaq.